Mallar

EIKON TACTIL

GƏLƏCƏK GERÇƏKLƏŞDİ

Gündəlik rutini həzzin xüsusi anlarına çevirən almaz qədər təmiz və dəri qədər yüngül texnoloji zinət. 

 

İLK TOXUNUŞDA
CAZİBƏ

Parlaq şüşə səthə yüngülcə toxunun və kristal işləmənin yumşaq şəfəqindən əsl həzz almaq üçün bu anı dondurun. Enerjiyə nəzarət üçün barmağın eleqant texnologiya elementi üzərində yüngül sürüşməsi.

 

İŞTİRAKINIZA 
HƏSSASLIQ

Eikon Tactil fikirlərinizi oxuyan avtomatik şüuru özündə ehtiva edir: avtomatik yaxınlaşma sensoru sizin gəlişinizi təsbit edir və əmr gözləmədən cihazı aktivləşdirir: toxunuşunuzu gözləyən əmr lampası yanır.

 

ELEQANT
ŞƏFFAFLIQ

Mükəmməl materialın inanılmaz saflığı: Eikon Tactil-in hazırlanmasında istifadə olunan kristal ifrat sərtlik fonunda zərifliyi vurğulayan qüsursuz xassəni özündə ehtiva edir. Hər üsluba uyğun gələn dörd rəng variantı. Evi avtomatik idarəetmə sisteminin işıqlandırmasını fərdiləşdirmə RGB-işıq-diodlar sayəsində mümkündür. 

 

 

 


 

EIKON EVO

ƏSL DƏBDƏBƏ

Soyuq gözəlliyin, zərif işləmənin və praktik eleqantlığın təntənəsi. İstənilən məkana orijinal şarm və cazibənin bəxşi.

 

PROFİLİN İNCƏLİYİ

Olduqca incə, oxlu nəzarət elementləri sayəsində divardan yalnız bir neçə millimetr çıxan mükəmməl profil. Eikon Evo interyer dizaynının müasir tendensiyaları ilə harmoniyada demək olar ki, hiss edilmədən iştirak edir. İnanılmaz asılqanlıq effekti ilə havadan işıqlanmanı idarəetmə. Eikon Evo üçün alüminiumdan, ağacdan və Corian ®-dan işlənib hazırlanmış dizayn divarın mümkün natamamlığından uzaqlaşma hissi yaradaraq təxəyyüldə hamarlıq duyğusu oyadır, xırda detalları və onların işləmələrini ön plana çəkir.

 

SEHİRLİ FORMALAR

Öz izini qoyan və divarda görünməz mövcudluğu ilə yeni məkanlar yaradan cizgilər: Eikon Evo zərif, lakin inamlı görünüş yaradır: Wimar estetik prinsiplərinin mükəmməl sintezi. Elektrik açarının qalxanı öz materiallarının və işləmələrinin keyfiyyətini ucaldır.

 

ƏSAS
Materiallar

Mövcudluq, varlıq və dəbdəbənin ifadəsinə səkkiz müxtəlif baxış. Eikon Evo’s üslubu öz ilhamını interyer dizaynına ən müasir yanaşmalardan alaraq, onların mahiyyətini götürür və materialların, rənglərin və işləmələrin qeyri-adi məcmusu vasitəsilə ən original və fərdi üsulla çatdırır, sizə varlıq formasının və xarici inikasın seçimini təklif edir.

 

 


 

EIKON CHROME

FƏRQLƏNDİRƏN CƏHƏTLƏR

Detalların mühüm olduğu yeni dəb anlayışı. Ehtiyatla fərqlənmə.

 

İLK BAXIŞDAN

YADDA QALAN

Gözəllik detallarla çatdırıla bilər. Eikon Chrome’s düymələrinin və idarəetmə nöqtələrinin ətrafındakı hamar və parlaq xrom çərçivə kimi. Təmiz şüşənin toxunuşunu təmin edən fərqləndirici element.

 

MÜKƏMMƏLLİK

İKİ FORMADA

Ciddi simmetrik xətlər, yoxsa yumşaq dəyirmi kənarlar? 
Eikon Chrome öz Classic və Round dizayner cərgələrinin elementlərini təklif edir. Müxtəlif formalar üçün səciyyəvi material və işləmələrlə iki mövcudluq və təqdimat yolu.

 

 

MATERİALLARIN

MÜXTƏLİFLİYİ

Materialların müxtəlifliyi, həyat tərzinin inanılmaz dəqiqliklə rəngdə ifadəsi: Eikon Chrome –in hərtərəfliliyi qüsursuz eleqantlıq, eləcə də xromlaşdırılmış işləmələr və təbii zəriflik sayəsində öz aktuallığını heç zaman itirmir.

 

 


 

EIKON TOTAL LOOK 

ZİDDİYYƏTLƏRİN BİR ARAYA GƏLMƏSİ

Forma və rənglərin sadəliyinin ifadə olunmasında yüksək səviyyə. İdarəetmədə barışmazlıq.

 

RƏNGİN

SADƏLİYİ

Ağ antrasitin zərif parıltısı, bozun eleqant saflığı, Next gümüşün texnoloji müasirliyi: Eikon Total Look cəmi üç rəng vasitəsilə mükəmməl gözəllik yaradır. Düymələr və idarəetmə nöqtələri öz rəngləri ilə elektrik açarlarının qalxanları və onları haşiyələyən çərçivələrlə yaxşı səsləşərək monoxrom səthə başlanğıc verir.

 

QOŞA

FORMALAR

İki növ haşiyə, şəxsiyyətin ikiləşməsi: Eikon Total Look Classic sərt və dəqiq xətləri ilə seçilir, Eikon Total Look Round isə mürəkkəb və hamar cizgilərin zərifliyi ilə ifadə olunur. İnteryerinizin üslubuna ən yaxşı keyfiyyətləri bəxş edəcək dizayn seçimini sizə təqdim edir.

 

BƏRK

MATERİALLAR

Elektrik açarlarının düymələrinin və qalxanlarının mükəmməl rəng ahəngində birləşdiyi xətlərdə ifadə olunan metal həm funksionallığı, həm də estetikliyi özündə ehtiva edir. Ağ və boz antrasit və Next gümüş elementlərin aydınlığını əla ifadə edir.

 

 


 

Idea

IDEA, ideyalarınız üçün müxtəlif həllər

Klassik örtüklü enerjili dizayn və ya Rondo dəyirmi formaları. Boz antrasit rəngli və ya aydın ağ rəngli cihazların texnoloji cazibəsi. 51 rəng və dörd material: bərk odun, metal, parlaq texnoloji polimer və ipək. Sizin gözəllik barədə təsəvvürünüz necədir? Idea seçim azadlığını genişləndirir. Elektrik sisteminizi həyatınızın bir hissəsinə çevirin. 

 

 


 

Arké

Arké həyatınızı canlandırır. 

Ev elektrikini canlandırmağın yeni üsulu. İtalyan məhsullarından gözlənilən keyfiyyətin təmin edilməsi ilə. Gələcək üçün indi işlənib hazırlanmış Arké əsl tələbatların ödənilməsinə hədəflənmiş Vimar həllini özündə ehtiva edir: istehlakı optimallaşdıraraq ev nəzarətini asanlaşdıran ev avtomatlaşdırması sisteminin tətbiq edilməsi yolu ilə gündəlik həyatımıza töhfə kimi uzunmüddətli fəaliyyəti təmin edən sadə həll.

 

Müasir dizaynı əks etdirən yeni Vimar ev seriyası sadəlik prinsipindən ilham alaraq, iki formada təqdim olunmuşdur. Arké Classic: rasional formalar, xətti profil və bucaqların aydınlığı, Ark Round: zərif büküşlərə və yumşaq kənarlara malik mürəkkəb səth.

 

Seçim üçün detallara ənənəvi diqqətlə hazırlanmış müasir materialların yeddi növü mövcuddur, bu da qüsursuz italyan üslubu üçün tamamilə gözləniləndir, burada mükəmməl işləmələrin və aşınmayadavamlı incəsənətin cəmləndiyi ekoloji təmiz materiallar tətbiq edilmişdir.

 

Mükəmməl çıxıntılı səthə malik düymələr və pultla idarəetmə müxtəlif rənglərlə təbii səsləşmə və məkanınıza ən yaxşı şəkildə uyğunlaşan kombinasiyalar üçün eleqant təbii boz antrasit rəngində və ya bəyazın işıldayan təravəti ilə təqdim olunmuşdur.

 

Arké, müasir və effektiv nəzarətin 200-dən çox funksiyasını təmin edərək sizin gündəlik hərəkətlərinizi asanlaşdırmaqla, vaxtı və enerjini optimallaşdırır. 

 

 

 


 

Plana

Plana, həyat qədər sadə

Sadəlik mükəmməl seçim kimi: Plana enerjili dizayn və asan seçim təklif edir. İstənilən mühitlə səsləşən ağ rəngli cihazlar, yaxud da heyrətamiz, parlaq, rəngdən-rəngə çalan gümüş rəngli cihazlar. Reflex örtüklərinin təravətli və kristal rəngləri, yaxud da təbii odunun zərif istiliyi.

Metalın eleqantlığı və polimerlərin sərbəstliyi Plana evinizi düşüncənizə uyğun yaradaraq ona orijinallıq bəxş edir. Hətta elektrik sisteminin sizin duyğularınızı nəzərə aldığı ev. 

 

A home in which even the electrical system empathises with you.

 

 


 

Neve

Neve, sadə, səssiz texnologiya.

Yüksək təhlükəsizlik standartları və quraşdırmanın yolverilənliyi, erqonomik idarəetmə sistemi və bir sıra modulyar örtüklər: Neve ilə sizin elektrik sisteminiz tamamlanmış, tamamilə koordinasiya edilmiş və rahat həyat və iş üçün zəruri olan bütün funksiyalarla təmin edilmiş olacaq.

 

Brendlərimiz

Tərəfdaşlarımız