Şirkət haqqında

Elektrotexnikanın inkişaf tarixi göstərir ki, məhz İtaliyada bu sahəyə aid bir çox icadlar və kəşflər edilmişdir. VIMAR italyan şirkətini haqlı olaraq, nəinki Avropada həm də dünyada elektrik və elektron avadanlıqlarının istehsalı üzrə liderlərdən biri hesab edirlər. Hər il şirkət elektrik, elektronika və materialşünaslıq sahələrində öz icadlarına və kəşflərinə əsaslanaraq, bir neçə yeni model istehsal edir.

90-cı illərdə şirkət aparıcı Avropa istehsalçılarının onluğuna daxil oldu. Hal-hazırda buraxılan məhsulların nomenklaturası bir neçə min addan ibarətdir, şirkətin şöbə və nümayəndəlikləri isə demək olar ki, bütün Avropa ölkələrində mövcuddur.

Avropa bazarlarında VIMAR məhsuları artıq 50 ildən çoxdur ki, təqdim olunur. Onun məhsullarına ISO 9001 keyfiyyət sertifikatının verilməsi faktı onların keyfiyyətinə dəlalət edir. Şirkətin məhsulları həmçinin Şərqi Avropa ölkələrində (Macarıstan, Polşa, Sloveniya), eləcə də Rusiya və MDB ölkələrində sertifikatlaşdırılmışdır.


 

Üsulubiyyat fərqliliyi . VIMAR şirkəti- müxtəlif elektrik elektron cihazların universal qoşulmasını nəzərdə tutan elektrik avadanlığı sistemlərini təklif edir.

Bu şirkətin məhsullarının başlıca fərqi cərəyan elektrik açarlarından, rozetkalardan, işıqlandırıcı cihazlar üçün çeviricilərdən, şəbəkə mühafizəsinin qoruyucularından və avtomatlardan, eləcə də onlar üçün korpuslardan tutmuş, məişətin avtomatlaşdırılması üçün mürəkkəb elektron qurğulara qədər bütün zəruri nomenklaturanı istehlakçıya təklif etməkdə ifadə olunan hərtərəfli komplekslilikdir.

 

Modul prinsipi. İtalyanların məmulatlarını fərqləndirən ikinci amil modul prinsipi üzrə elektrik avadanlığı sisteminin inşa edilməsidir (ölkəmizdə bu prinsip dəfələrlə bəyan edilmiş, lakin bir dəfə də olsun, tam yerinə yetirilməmişdir). Yaşayış və ya ofis məkanında demək olar ki, istənilən zəruri elektrik sistemini məşhur «Leqo» uşaq konstruktoru prinsipi üzrə elementlərdən yığmaq olar. İtalyan təqdimatında modulluq aşağıdakı kimi görünür. Hər bir elementin (rozetka, elektrik açarı, düymə, zəng və s.) ciddi qaydada müəyyənləşdirilmiş, unifikasiya edilmiş ölçüləri var. Bu elementlər istehlakçıya zəruri olan kombinasiya üzrə korpusda yığılır. Vahid qurğu effektinin yaradılması üçün bütün elementlərin xarici görünüşü vahid üslubda və rəngdə icra edilmişdir.

 

Çeşid. VIMAR məhsullarının nomenklaturasını təhlil edərkən (yeri gəlmişkən, bir neçə min addan ibarətdir) birmənalı nəticəyə gəlmək olar ki, şirkətin öz müştərilərinə qarşı bəyan etdiyi qayğısı boş söz deyil.

Məhsullar siyahısında məsələn, qırmızı və ya yaşıl rəngdə (hər iki rəngdə) siqnal elementləri görmək olar. Bu cihazlar, məsələn, zəif eşitmə qabiliyyətinə malik şəxslər üçün giriş və ya telefon zənginin təkrarlanması, ev sahibinə evin hansısa yerində işığın yandırılmış qalmasının siqnal verilməsi halında və bir çox digər hallarda effektiv istifadə olunur.

Məhsul kataloqunda hər kəs həm quraşdırılmış işıqlandırıcı lampa, həm də klavişlərdə fluoresent örtüyə malik elektrik açarları, düymələr və çeviricilər tapa bilər. Qaranlıqda belə cihazı əllə tapmaq- problem deyil.

İstehsalçı enerjiyə qənaət problemini də yaddan çıxarmamışdır. Bu məqsədlə, işıqlandırmanı asan tənzimləmək üçün reostatların bir neçə növü (dimmer adlandırılan) buraxılır ki, onlar təkcə əllə idarə olunmur. Şirkət tərəfindən pult vasitəsilə məsafədən idarəetməyə malik model də təklif edilir.

Bir üslubda güc elementləri ilə yanaşı zəif cərəyanlı sistem qurğuları da hazırlanmışdır – radiorozetka və iki SAT-rozetkası ilə bir korpusda cəmləşən antenlər və telefon rozetkaları.

Məhsulun hazırlanmasında modul prinsipi müxtəlif problemləri qeyri-ənənəvi yolla həll etməyə şərait yaradır. Əsasən, qonağın gəlməsindən xəbər verən elektrik zəng demək olar ki, istənilən məkanda, hətta bir neçəsində yerləşdirilə bilər. Bu halda, o xarici görünüşünə görə həmin dəstə aid digər elementlərdən seçilməyəcək.

 

Gözəllik dünyanı xilas edəcək.

Dekorativ çərçivələr (bəndlər, qapaqlar) – elektrik avadanlıqlarının (elektrik açarlarının, rozetkaların və s.) tərtibat elementləri müxtəlif dizayn variasiyalarında hazırlanmışdır: təbii ağac, metal (anodlaşdırılmış örtüklü metal), plastik, ipəksayağı imitasiya. Onların rəng palitrası da kifayət qədər genişdir: təbii ağac- albalı, qoz; metal (metal üzərində anodlaşdırılmış örtük) – xrom, qızıl, radika, eləcə də ənənəvi rənglər – ağ, qırmızı, göy, yaşıl, qrafit, qara. Elektrik avadanlıqlarının öz elementləri isə demək olar ki, istənilən münasib rəngli interyerlə yaxşı uyğunlaşan rəng palitrası ilə icra edilmişdir.

 

Vimar-ın üstünlükləri:.

  • Geniş rəng qamması

  • Yığımın modul sistemi / montajın rahatlığı

  • Müxtəlif funksiyalar

  • Təhlükəsizlik

  • Termodavamlılıq

  • Rütubətdən qorunma

  • Keyfiyyət və etibarlılıq

  • Xüsusi simvolların lazerlə oyulması

Brendlərimiz

Tərəfdaşlarımız